Şəkildə neçə at gördünüz? - Şəxsiyyət testi
26 iyun 2024 18:02 (UTC +04:00)

Şəkildə neçə at gördünüz? - Şəxsiyyət testi

Lent.az növbəti psixoloji testi təqdim edir.

Şəkildə ilk baxışda maksimum 10 at gördünsə, özünə güvənin çox böyükdür. O qədər çoxdur ki, bəzən özün özünü aldadırsan. Öz yalanlarına inanırsan. İşlərin bəzən istədiyin kimi getməsə də, bunun sənin inamını qırmasına imkan verməyəcəksən. Çünki sən çox inadkar insansan.

Şəkildə 11-dən çox at gördünsə, intuisiyan çox güclüdür. Daxili səsinə güvənirsən və o səni təhlükələrdən xəbərdar edir. Məntiqini açıqlaya bilməsən də, intuisiyan sənə daim doğru yol göstərir. İntuisiyana , hisslərinə güvənməyə davam et. O sənin qoruyucu mələyindir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21051
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar