Ben Afflek  “özünə gəldi”   - Cenniferlə evliliyin nəticə verməyəcəyini  anladı
21 may 2024 18:56 (UTC +04:00)

Ben Afflek “özünə gəldi” - Cenniferlə evliliyin nəticə verməyəcəyini anladı

Ben Afflek Cennifer Lopezlə evliliyi ilə bağlı üzləşdiyi problemlərə görə "ağlını başına yığıb". 

"Müvəqqəti dəlilik səbəbi ilə boşanmağın bir yolu olsaydı, edərdi", - Len.az bildirir ki, mənbə “Rage Six”a deyib.

"Son iki ilin yalnız qızdırmalı bir yuxu olduğunu hiss edir və indi özünə gəlib və bunun sadəcə işləməyəcəyini başa düşüb".

“In Touch” bir qədər əvvəl Ben və Cenniferin boşanmağa doğru getdiklərini, cütlük nikah bağladıqdan iki ildən az bir müddət sonra aktyorun ortaq evlərini tərk etməsi ilə bağlı xəbər vermişdi. Nə Cennifer, nə də Ben münasibətlərinin vəziyyətini rəsmi şəkildə şərh etməyiblər. Ən son onlar Cenniferin qızı Emmanın məktəb tədbirində bir yerdə görüntüləniblər.

Cütlüyün axşam yeməyində birlikdə görünməsinə baxmayaraq, bir gün əvvəl bir mənbə “In Touch”a Cenniferin "boşanmasını həll etmək üçün" böhranlı PR axtardığını söyləyib. Mənbə onu da qeyd edib ki, qanuni ayrılma üçün müraciət "qaçılmazdır".

Fanatlar ilk dəfə Cennifer 2024-cü ildə Met Gala qırmızı xalçasında əri olmadan görünəndə cütlüyün münasibətlərində işlərin yaxşı getmədiyini görüblər.

"Benin Jen ilə “Met Gala”da olmaması, onun böyük bir bəhanəsi - iş olsa da, istədiklərindən daha çox suallar doğurur", - insayder deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3633
avatar

Oxşar yazılar