Baytarlıq Xidməti əhaliyə müraciət etdi
13 noyabr 2012 14:31 (UTC +04:00)

Baytarlıq Xidməti əhaliyə müraciət etdi

Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında monitorinqləri davam etdirir. Bu barədə Lent.az-a Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Noyabrın 19-da köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək.

Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur. Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinqin nəticələri noyabrın 30-da ictimaiyyət üçün açıqlanacaqdır.

Baytarlıq Xidməti xatırladır ki, köçəri quşların miqrasiyası və havaların soyuması ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.
# 1173

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32