Mülayim hava davam edəcək
07 noyabr 2012 00:10 (UTC +04:00)

Mülayim hava davam edəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında Noyabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Nisbətən mülayim, sabit hava şəraiti noyabrın 7-də də davam edəcək. Mülayim cənub küləyi əsəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
# 866

Oxşar yazılar