Bu rayonlara  güclü yağış   yağacaq,  dolu düşəcək   - Sabahın HAVASI
04 aprel 2024 12:25 (UTC +04:00)

Bu rayonlara güclü yağış yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Aprelin 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında

Havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

# 15123
avatar

Oxşar yazılar