İlon Mask, amerikalı iş adamı
06 iyul 2025 18:35 (UTC +04:00)

İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

Tanınmış iş adamı İlon Mask Amerika Partiyasının (AMEP) qeydiyyata alınması üçün ABŞ Federal Seçki Komissiyasına müraciət edib.

Lent.az-ın xəbərinə görə, sənəd ABŞ Federal Seçki Komissiyasının saytında yerləşdirilib.

Ərizə iyulun 6-da təqdim edilib.

***

saat 00.38

Tanınmış amerikalı iş adamı İlon Mask, öz “X” hesabında sorğu keçirərək "Amerika" adlı siyasi partiya qurduğunu elan edib.

Lent.az xəbər verir ki, Maskın sorğusunda 1.2 milyon nəfər iştirak edib və onlarda 65.4 %-i bu fikri dəstəkləyib.

"2-1 fərqlə siz yeni siyasi partiya istəyirsiniz və ona nail olacaqsınız. Ölkəmizin həddindən artıq xərclər və rüşvətxorluq səbəbilə iflasa uğradığı bir şəraitdə belə çıxır ki, biz demokratik yox, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika" partiyası sizə azadlığınızı qaytarmaq üçün yaradıldı", - o yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206

Oxşar yazılar