Hacıqabulda "Ford Transit" aşdı, 2 yaralı var
30 aprel 2024 07:32 (UTC +04:00)

Hacıqabulda "Ford Transit" aşdı, 2 yaralı var

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı sakini, 1986-cı il təvəllüdlü Mehman Məmmədhüseyn Azad oğlunun idarə etdiyi "Ford Transit" markalı avtomobil aşıb.

Nəticədə sürücü və sərnişin - Bakı sakini 2005-ci il təvəllüflü Vəliyev Əmrah Novruz oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1581
avatar

Oxşar yazılar