Mayın 15-də axşam saatlarında iki nəfərin Nəsimi rayonu ərazisində yerləşən parkda bir nəfər şəxsin mobil telefonunu danışmaq adı ilə alıb, talayaraq qaçmaları barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.