Hollandiya millisinin, "Arsenal" və "Mançester Yunayted"in keçmiş hücumçusu Robin Van Persi "Heerenveen"i çalışdıracaq.
Lent.az xarici mediaya istinadən bildirir ki. klubun rəsmi saytındakı xəbərə görə, 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Bundan əvvəl Van Persi “Feyenoord”un 19 yaşlılardan ibarət komandasına rəhbərlik edirdi.
Hollandiya çempionatının 33-cü turundan sonra "Herenven" 10-cu pillədə qərarlaşıb.