Xavi Hernandes gələn mövsüm "Barselona"nı çalışdırmayacaq.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Jerar Romeronun sözlərinə görə, bu məsələ ilə bağlı qərarı artıq Joan Laporta verib.
Üç həftə əvvəl ispaniyalı məşqçinin növbəti mövsüm üçün klubda qalacağı açıqlanmmışdı. Amma indi vəziyyət dəyişib.
Cümə axşamı axşam məlum olub ki, Laporta məşqçini işdən çıxarmaq qərarına gələ bilər. Buna səbəb Xavinin mətbuat konfransında dedikləri olub.
"Barselona"nın baş məşqçisi etiraf edib ki, klub maliyyə sıxıntıları səbəbindən istəyini yerinə yetirə bilmir. Bu, klub rəhbərlərinin xoşuna gəlməyib.
Jurnalistin sözlərinə görə, işlər çox sürətlə gedib. "Barselona"nın prezidenti mövsüm başa çatdıqdan sonra məşqçinin göndərilməsi ilə bağlı yekun qərarı verib.
Mətbuatın yazdığına görə, hazırda “Barselona”nın yeni baş məşqçisi vəzifəsinə üç namizəd var. Favorit “Porto”nun məşqçi Serxio Konseysaodur.