Yağışlı hava davam edəcək
06 noyabr 2012 00:10 (UTC +04:00)

Yağışlı hava davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 6-dan 8-dək Abşeron yarımadasında sərin hava şəraiti ilə yanaşı meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
# 1274

Oxşar yazılar