Temperatur 3-5 dərəcə yüksələcək
03 noyabr 2012 00:10 (UTC +04:00)

Temperatur 3-5 dərəcə yüksələcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Qısa müddətə dəyişən küləkli və nisbətən soyuq hava şəraitindən sonra noyabrın 3-ü səhər saatlarından başlayaraq küləyin zəifləyəcəyi, havanın temperaturunun 3-5 dərəcə yüksələcəyi gözlənilir.
# 1340

Oxşar yazılar