4 peşə liseyi və məktəb akkreditasiyadan keçib
17 oktyabr 2012 11:39 (UTC +04:00)

4 peşə liseyi və məktəb akkreditasiyadan keçib

Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Misir Mərdanov iclası giriş sözü ilə açaraq Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirib. Abşeron-Ceyranbatan Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Şahrza Ağayev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. Şahrza Ağayev Abşeron-Ceyranbatan Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən söz açıb. 15 nömrəli Bakı Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Şahin Bəylərov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. Şahin Bəylərov 15 nömrəli Bakı Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.


Daha sonra 1 nömrəli Bakı Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Tərminə Yusufova danışıb. Tərminə Yusufova təqdimat-məruzəsində liseyin fəaliyyəti, maddi-texniki bazası, tədrisdə müasir texnologiyaların imkanlarından istifadə vəziyyəti, ümumilikdə akkreditasiyanın nəticələri barədə məlumat verib. Yevlax Peşə Məktəbində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Qəhrəman Hacıyev akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən söz açıb.


Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib. Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
# 1762

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32