Prezident zəlzələ bölgəsindən danışdı
11 oktyabr 2012 00:12 (UTC +04:00)

Prezident zəlzələ bölgəsindən danışdı

“Biz son aylar ərzində, eyni zamanda, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması ilə də ciddi məşğul olmuşuq”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin son 9 ayın yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident ölkədə 2 il əvvəl böyük daşqın, bu il isə zəlzələ baş verdiyini xatırladıb. Ölkə başçısı deyib ki, zəlzələ baş verdikdə və keçən ay bölgədə olub, aparılan işin gözəl nəticələrini görüb: “Həm məktəblər qısa müddət ərzində tikilib, həm evlər tikilir, bərpa edilir. Bu məqsədlər üçün həm Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən kifayət qədər böyük məbləğlər - 300 milyon manatdan çox vəsait ayrılıb. Çalışmalıyıq ki, qalan vəsait də təşkil edilsin ki, qısa müddət ərzində biz bu məsələni də tam həll edək. Ancaq bu, çox böyük iş həcmi deməkdir. Minlərlə ev dağıldı, yararsız vəziyyətə düşdü və Azərbaycan dövləti bu maliyyə yükünü yenə də öz üzərinə götürdü”.

Prezident qeyd edib ki, daşqın, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı mütərəqqi təcrübəni Azərbaycanda tətbiq etməyin mütəmadi öyrənilməsinin vacibliyini vurğulayıb: “Heç bir dövlətdə, yəni inkişaf etmiş dövlətlərdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması, yəni o mənada ki, evlərin tikintisi heç zaman dövlət büdcəsi vəsaiti ilə həll edilmir.

Bütün evlər sığortalıdır. Hər bir vətəndaş öz evini sığortalayır. Ondan sonra xoşagəlməz hal baş verdikdə sığorta şirkəti onun bütün kompensasiyalarını ödəyir. Əlbəttə, heç kim təbii fəlakətləri proqnozlaşdıra bilməz. Zəlzələ elə şeydir ki, heç bir ölkə onun qarşısını ala bilməz. Ona görə, hesab edirəm ki, biz indidən bu məsələ ilə ciddi məşğul olmalıyıq. Yeni sistem tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməlidir və hökumət yaxın zamanlarda bu məsələ ilə bağlı konkret təkliflər verməlidir. Əlbəttə, cəmiyyətdə maarifləndirmə işləri də aparılacaq, digər tədbirlər də görüləcək. Biz bu məsələni birdəfəlik həll etməliyik, çünki hər dəfə dövlət bu məqsədlər üçün yüzlərlə milyon manat məbləğində vəsait ayırır. Bu, əlbəttə ki, həm dövlət büdcəsinə əlavə yükdür, eyni zamanda, əslində o qədər də ciddi, sistemli yanaşma deyil. Sadəcə olaraq, biz yenə də öz sosial siyasətimizi aparmaqla, insanların ağır vəziyyətə düşməsini nəzərə almaq şərti ilə bu addımları atırıq. Əslində artıq hər şey sistemə oturmalıdır və əminəm ki, biz bu sahədə də lazımi sistemi yarada biləcəyik”.

# 1001

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10