Havanın temperaturu 30 dərəcə olacaq
04 oktyabr 2012 00:10 (UTC +04:00)

Havanın temperaturu 30 dərəcə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu təqdim edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam etsə də, oktyabrı 4-5-də əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
# 892

Oxşar yazılar