Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə seminar keçirilib - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə Üçtərəfli Milli Seminarı keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, Finlandiyanın ölkəmizdəki səfiri Yuhani Toyvonen, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, BƏT-in sosial təhlükəsizlik üzrə baş mütəxəssisi Mariko Ouchi və beynəlxalq ekspertlər, aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, finlandiyalı donorlar və başqaları iştirak edib.
Seminarda qeyd olunub ki, Azərbaycan Respublikası 2010-cu ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi ilə bağlı 183 nömrəli Konvensiyasını ratifikasiya edib. Seminarda həmçinin Azərbaycanda beynəlxalq əmək standartları və analığın mühafizəsi üzrə milli təcrübə, kişi və qadınların sosial ehtiyaclarının ödənilməsi, əmək bazarında kişi və qadınların bərabər iştirakının tənzimlənməsi sahəsində mövcud vəziyyət təhlil olunub.

Oxşar yazılar

Bu ərazilərdə külək "adam aparır" - GÜNÜN HAVASI
30 iyun 2025 , 09:21
BÜRCLƏR üçün bu həftənin şanslı tarixləri
30 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
30 iyun 2025 , 08:30
Sabahdan Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir
30 iyun 2025 , 08:14
Qara günləriniz indi başlayır: Xəbərdarlıq hansı BÜRCLƏR üçündür?
30 iyun 2025 , 00:02
"Kitayski” Nostradamus"dan 2025-ci il üçün PROQNOZ: dəqiqliyi HEYRƏTAMİZDİR
29 iyun 2025 , 19:46
Avropa İttifaqının "ən ucuz" ölkəsi AÇIQLANDI
29 iyun 2025 , 17:44