“Turizm haqqında” qanuna dəyişikliklər edilə bilər
03 oktyabr 2012 12:57 (UTC +04:00)

“Turizm haqqında” qanuna dəyişikliklər edilə bilər

“Azərbaycanda turizm sektorunun inkişafı üçün qanunvericilik təkmilləşdirilməlidir. Bu baxımdan “Turizm haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur”. Lent.az-ın məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H. Rəcəbli bildirib ki, müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilib. Onun sözlərinə görə, dəyərli mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara və inkişaf perspektivlərinə malikdir:
“Turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, iqlim müxtəlifliyi, tarixi və mədəni abidələrin zənginliyi və digər amillər ölkəmizin turizm potensialının nə qədər geniş olmasının göstəricisidir”.
# 783

Oxşar yazılar