Uşağın anadan olmasına görə birdəfəlik müavinətlə bağlı müraciət necə edilir? - CAVAB
01 may 2024 14:26 (UTC +04:00)

Uşağın anadan olmasına görə birdəfəlik müavinətlə bağlı müraciət necə edilir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu uşağa görə, birdəfəlik müavinətin verilməsi ilə bağlıdır.

Maraqlıdır, görəsən, uşağın anadan olmasına görə birdəfəlik müavinətlə bağlı müraciət necə edilir?

Lent.az
xəbər verir ki, hazırda bu müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir. Müavinət hər hansı səbəbdən proaktiv qaydada təyin edilmədiyi təqdirdə vətəndaşlar DOST mərkəzlərinə və ya Dövlət Sosial Müdaifə Fondunun qeydiyyatda olduqları rayon üzrə struktur bölmələrinə zəruri sənədlərlə (valideynlərin hər ikisinin şəxsiyyət vəsiqəsi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsdirsə daimi yaşamaq üçün icazə vəsiqəsi; uşağın doğum haqqında şəhadətnaməsi; uşağın doğum haqqında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı) müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6519
avatar

Arzu Qurbanlı

Oxşar yazılar