Nuşirəvan Məhərrəmli: “Reklam vaxtı ilə sponsora verilən vaxt eyni deyil”
03 oktyabr 2012 12:33 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli: “Reklam vaxtı ilə sponsora verilən vaxt eyni deyil”

Lent.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

Şura sədri bildirib ki, telekanallarda sponsorların təqdim olunmasından reklam kimi sui-istifadə olunur: “Bu isə doğru deyil və bu halın qarşısı alınacaq. Bilirsiniz ki, reklama verilən vaxtla sponsorlara ayrılan vaxt eyni deyil. Bunlar ayrı-ayrı şeylərdir. Çox təəssüf ki, bu hal bizim telekanallarda çoxdur. Bunun aradan qaldırılması üçün qanunvericiliyin verdiyi tələblər çərçivəsində addımlar atılacaq”.

Jalə
# 1022

Oxşar yazılar