Sabit və mülayim hava şəraiti davam edəcək
03 oktyabr 2012 00:10 (UTC +04:00)

Sabit və mülayim hava şəraiti davam edəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacağı
gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı
yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
# 835

Oxşar yazılar