Gənclərin Hərbi Vətənpərvərlik Yay Düşərgəsi təşkil olunub – FOTO
Gənclər və İdman Nazirliyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi birgə 17-27 avqust tarixlərində İsmayıllı rayonunda Gənclərin Hərbi Vətənpərvərlik Yay Düşərgəsi təşkil edib.
Lent.az-ın verdiyi məlumata görə, Qarabağ veteranları, şəhid ailələrinin övladları üçün nəzərdə tutulan düşərgədə 14-29 yaş qrupundakı yeniyetmə və gənclərin səmərəli istirahəti təşkil olunub, regionun tarixi məkanlarına (Lahıc, Basqal) və mənzərəli yerlərinə gəzintilər təşkil olunub.
Düşərgədə yeniyetmələrin Qarabağ müharibəsi veteranları ilə görüşü təşkil edilib, hərbi vətənpərvərliklə bağlı mühazirələr oxunub. Eyni zamanda şahmat, dama, voleybol və futbol turnirləri keçirilib, qaliblər mükafatlandırılıblar. Mükafatlandırma mərasimində çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, yeniyetmə və gənclər təhsil sahəsində fərqlənməyə və yüksək ixtisaslı kadrlar kimi yetişməyə çalışmalı, Vətənə və xalqa layiqli xidmət etməlidirlər. Milli Qəhrəman Mübariz İbrahimov kimi gənclərimizin çox olduğunu söyləyən Emin Həsənli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan hər an azad etməyə hazır olduğunu vurğulayıb: “Gənc nəslin vətənpərvər ruhda yetişməsi çox önəmlidir. Bu düşərgənin təşkilində də məqsəd məhz budur”.

Oxşar yazılar

Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26 iyul 2025 , 17:00
Əksər rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
26 iyul 2025 , 14:16
Sabah yağış yağacaq, dolu düşəcək
26 iyul 2025 , 12:22
Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
26 iyul 2025 , 10:39
Ulduzlar sizin tərəfinizdədir: İyulun axırı 3 BÜRCƏ inanılmaz şans gətirəcək
26 iyul 2025 , 09:09
Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33
Bakıda bu yollar sabahdan TAM BAĞLANIR
25 iyul 2025 , 16:53