Yeni dərs ili nə zaman başlayır?
24 avqust 2012 16:19 (UTC +04:00)

Yeni dərs ili nə zaman başlayır?

Təhsil Nazirliyi (TN) Azərbaycanın təhsil müəssisələrində yeni dərs ilinin nə vaxt başlayacağına aydınlıq gətirib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə APA-ya açıqlamasında bildirib ki, 15 sentyabr - Bilik Günü şənbə gününə düşdüyündən nazirliyə yeni dərs ilinin nə vaxt başlayacağı ilə bağlı çoxsaylı müraciətlər olur: “Təhsil Nazirliyi rəsmi olaraq bildirir ki, 15 sentyabr ölkədə Bilik Günüdür. Həmin gün Azərbaycanın bütün məktəblərində bayram tədbirləri keçiriləcək. 15 sentyabr tədrisi 6 günlük olan məktəblərdə rəsmi dərs günüdür. Tədrisi 5 günlük olan məktəblərin hər birində də bayram tədbirləri keçirildiyi üçün bütün müəllimlərin və şagirdlərin məktəbdə olması zəruridir”.
# 6439

Oxşar yazılar