Xatirələrdə yaşayan böyük alim
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Zoologiya İnstitutunda biologiya elmləri doktoru, mərhum alimimiz Zülfüqar Quliyev yad edilib. Mərasimi giriş sözü ilə açan Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov Azərbaycanın görkəmli alimi, institutun “Su heyvanları” şöbəsinin müdiri vəzifəsində çalışmış Z. Quliyev haqqında xatirələrini bölüşüb: “Zülfüqar Quliyev respublikamızın böyük ziyalılarındandır. Bu il onun 80 yaşı tamam olur. O, 3 iyun 1932-ci ildə Gədəbəydə anadan olub. Keçirdiyimiz tədbir də məhz onun 80 illik yubileyinə həsr olunub. Təəssüf ki, o, bu gün bizlərin arasında yoxdur. Ancaq onun Azərbaycan elmi üçün etdiyi işlər daima onu yaşadacaq”.
Sonra çıxış edən akademik Rafiq Qasımov Z.Quliyevin zoologiya-ixtiologiya elmləri sahəsində xidmətləri barədə danışıb: “Zülfüqar müəllim Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, akademik A.N. Derjavinin elmi rəhbərliyi altında “Kürətrafı ərazidə külmənin biologiyası və ehtiyatının vəziyyəti” mövzusunda dissertasiya işi üzərində işləyib və namizədlik dissertasiyasını müdafiə edib. Zoologiya İnstitutunda 1981-ci ilədək müxtəlif vəzifələrdə – laborant, kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, laboratoriya müdiri işləyib. 1997-ci ildə isə “Cənubi və Orta Xəzər hövzəsinin çəki və xanıkimi balıqları populyasiyalarının strukturu, ekologiyası, yayılması və ehtiyatının bərpa olunması tədbirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib”. Z. Quliyevin əsas elmi nailiyyətlərindən də bəhs edən akademik vurğulayıb ki, o, Xəzər dənizinin Azərbaycan ərazisində məskunlaşan çəkikimi və xanıkimi balıqların növdaxili dəyişkənliyinin populyasiya səviyyəsində tədqiqini başa çatdırıb, Azərbaycanın dağ çaylarında və göllərində yaşayan forel balıqların morfobioloji əlamətlərini ətraflı öyrənib. “Azərbaycanda göl balıqçılığının, eləcə də forel balıqçılığının inkişaf etdirilməsinin elmi əsaslarını hazırlayıb, Respublikada ilk forel balıqçılıq təsərrüfatlarının yaradılmasına nail olub, onların səmərəli fəaliyyət göstərmələri üçün elmi və praktiki köməklik göstərib” - deyə, R. Qasımov əlavə edib.
“Z. Quliyev görkəmli alim olmaqla yanaşı, sadə qəlbli bir insan olub. Hər birimiz fəxr etməliyik ki, Azərbaycanın Zülfüqar müəllim kimi ziyalısı olub. O, çoxsaylı monoqrafiya, 5 elmi-metodiki vəsait, 2 elmi-kütləvi kitabçanın, xaricdə çıxmış 25 elmi əsərin müəllifidir”. Bu sözləri isə çıxışı zamanı akademik Məmməd Salmanov bildirib. M. Salmanov Zülfüqar Quliyevlə bağlı xatirələrini bölüşərək qeyd edib ki, o hər zaman peşəsinə, elminə böyük diqqət ayırıb.
Daha sonra çıxış edən AMEA Zoologiya İnstitutunun direktor müavini İlham Ələkbərov vurğulayıb ki, Z. Quliyev çox təcrübəli və bacarıqlı bir insan olub. “Zülfüqar müəllim bir kitab buraxmışdı. Həmin kitabın birini mənə vermişdi. Orada uçan balıqlar haqqında məlumat verir. Mən ondan soruşdum ki, uçan balıqmı olur? O mənə bir dənə uçan balıq hədiyyə etdi. Sonra ölkənin hər yerində xəbər yayıldı ki, Azərbaycan alimi uçan balıq kəşf edib” - deyə, İ. Ələkbərov əlavə edib.
Sonda alimin ailəsi adından çıxış edən tibb elmləri doktoru Mahir Əliyev tədbiri təşkil edən insanlara öz təşəkkürünü bildirib: “Qürur duyuram ki, bizim ailəmizin ağsaqqalı elm üçün çox işlər görüb. O, ailədə də öz böyüklüyünü göstərib. Həm də fəxr edirəm ki, bu gün burada Zülfüqar müəllim haqqında xoş sözlər deyildi”.
Tədbirdə böyük alimin övladları da iştirak edib.
Anar

1943