Yaponiya səfiri azərbaycanlı gəncləri təltif etdi - QALİBLƏR
03 aprel 2021 14:38 (UTC +04:00)

Yaponiya səfiri azərbaycanlı gəncləri təltif etdi - QALİBLƏR

Yaponiyanın Azərbaycandakı səfirliyi 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır. Səfirlik “2022-ci il Yaponiya-Azərbaycan Dostluq İli”nin planlaşdırılmasında artıq ilkin addımları ataraq, həmin ili təcəssüm etdirəcək sloqan və loqo yarışmasını həyata keçirib.

Lent.az xəbər verir ki, “Dostluq İli”nin əsas atributları olacaq sloqan və loqo təsdiqlənib və bu münasibətlə qaliblər təltif edilib.

Sloqan müsabiqəsinin qalibi Ramazan Ağayev və loqo müsabiqəsinin qalibi Tofiq Sarıyevə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi tərəfindən sertifikat təqdim olunub.

Görüş zamanı səfir hər iki qalibi təbrik edib və “Dostluq İli” layihəsinə əvəzsiz töhfələri üçün minnətdarlığını bildirib. Vada Cüniçi hər iki qalibdən bundan sonra da ikitərəfli münasibətlərin daha da inkişafı üçün “Dostluq İli” ilə bağlı tədbirlərin təbliğ olunması və tədbirlərdə aktiv iştiraklarını gözlədiyini bildirib.

Qeyd edək ki, seçilmiş sloqan və loqo bu ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq./AZƏRTAC

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3453

Oxşar yazılar

Ştaynmayer Şəhidlər Xiyabanında

Ştaynmayer Şəhidlər Xiyabanında

2 aprel 2025 , 10:35
Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25