Prezident xarici qonaqları qəbul edib
03 iyun 2014 17:33 (UTC +04:00)

Prezident xarici qonaqları qəbul edib

0

Prezident İlham Əliyev iyunun 3-də Böyük Britaniya parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, Böyük Britaniyanın baş naziri Devid Kemeronun XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransına ünvanladığı məktuba görə təşəkkürünü bildirən Prezident İlham Əliyev məktubda ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrini, xüsusilə enerji sektorunu əhatə etməsinin əhəmiyyətini qeyd edib.
 

Çarlz Hendri Azərbaycan prezidentinə XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransında Böyük Britaniya, xüsusilə bp haqqında fikirlərinə görə minnətdarlığını bildirib, ölkəsinin Azərbaycanla  əməkdaşlığı bir çox sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyib. 

 

Dövlət başçısı həmçinin, Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılıq etdiyi nümayəndə heyətini, bp şirkətinin baş icraçı direktoru Robert Dadlini də qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 647

Oxşar yazılar