Bu gün Bakıda NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarı işinə başlayıb.
Lent.az-ın xəbərinə görə, seminarda Azərbaycan rəsmiləri, diplomatlar, Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvləri ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Tədbirə qatılan hüquq müdafiəçisi Leyla Yunus yenə də "özünəməxsus mövqe" nümayiş etdirib.
NATO-nun seminarında iştirak edən erməni deputatların toplantını pozmaq cəhdlərindən sonrakı ilk fasilədə tədbir keçirilən zalın qarşısında "siyasi məhbus sərgisi" açan Leyla Yunus daha sonra Ermənistan parlamentinin üzvlərinə öz hesabatları əks olunmuş kitabça bağışlayıb.
Erməni deputatlar isə iclas zalına qayıdanda həmin hesabatda yazılanlara istinad edərək, Azərbaycanı tənqid ediblər.
L. Yunus daha sonra iclas zalındakı yerini də dəyişərək, ermənilərlə eyni sırada əyləşib.