İsrail növbəti dəfə  Suriyanı vurdu
03 may 2025 05:52 (UTC +04:00)

İsrail növbəti dəfə Suriyanı vurdu

İsrail aviasiyası Suriyanın Laziqiyyə vilayətində hərbi obyektlərə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail təyyarələri Cəbəl əl-Şaara ərazisini atəşə tutub.

Suriyanın “əl-Vatan” qəzetinin xəbərinə görə, İsrail son bir neçə saat ərzində ölkənin bir sıra vilayətlərində hədəflərə 18 hava hücumu həyata keçirib.

Hücumlar zamanı paytaxt Dəməşqin ətrafındakı bəzi ərazilər, Suriyanın mərkəzindəki Həma əyalətində və cənubundakı Dəra əyalətindəki hədəflər hədəf alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar