Qəhvəyi yumurtaların satışı dayandırılır - SƏBƏB
03 may 2025 08:05 (UTC +04:00)

Qəhvəyi yumurtaların satışı dayandırılır - SƏBƏB

Almaniyada artıq qəhvəyi yumurtaların supermarket rəflərində satılmayacağı açıqlanıb.

Lent.az xəbər verir ki, Alman Yumurta İstehsalçıları Federal Assosiasiyasının sədri Henner Schönecke bildirib ki, yaxın 5 ildə supermarketlərdə qəhvəyi yumurta tapmaq getdikcə çətinləşəcək.

Buna səbəb kimi qəhvəyi yumurtanın istehsal xərclərinin artması göstərilib.

Almaniyada son illərdə yumurtanın qiymətinin artması mübahisələrə səbəb olub.

Ölkədə supermarketlərdə satılan yumurtaların təxminən 30%-i qəhvəyi rəngdədirsə, bu nisbət tezliklə dəyişməyə başlayacaq.

Qəhvəyi yumurtanın ənənəvi istehsal üsulları ilə yetişdirildiyi üçün daha bahalı olduğunu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010

Oxşar yazılar