Elnur Aslanov nazirlikdə şöbə müdiri oldu
02 aprel 2014 14:36 (UTC +04:00)

Elnur Aslanov nazirlikdə şöbə müdiri oldu

Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb. Bu barədə Musavat.com məlumat yayıb.

 

Məlumata görə, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri təyin olunub.

 

Lent.az –ın dəqiqləşdirməsinə görə, E. Aslanov nazirliyin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin rəisi kimi fəaliyyət göstərəcək.

 

Bu barədə məlumatı Lent.az-a təsdiqləyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, E. Aslanov dünəndən etibarən vəzifəsinin icrasına başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9162

Oxşar yazılar