Qəbələdə kəmərə görə saxlanılan sürücü həbs olundu
26 iyun 2025 14:20 (UTC +04:00)

Qəbələdə kəmərə görə saxlanılan sürücü həbs olundu

Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

Lent.az xəbər verir ki, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları  “VAZ-2106” markalı avtomobilin sürücüsü Vüqar Zöhrabova təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib. 

Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Nəticədə V.Zöhrabovun marixuana istifadə etdiyi müəyyənləşib. 

Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə V.Zöhrabovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220

Oxşar yazılar