Bakıya oğurluğa gələn  Gürcüstan vətəndaşları tutuldu -  VİDEO -YENİLƏNİB
26 iyun 2025 11:56 (UTC +04:00)

Bakıya oğurluğa gələn Gürcüstan vətəndaşları tutuldu - VİDEO-YENİLƏNİB

Bakıda tutulan Gürcüstan vətəndaşları ilə bağlı yeni faktlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar Bakıya sırf oğurluq etmək üçün gəliblərmiş. 

Başqa ölkədə həbsxanada tanış olublar və oğurluq cinayətlərini törətmək üçün növbəti məkan olaraq Azərbaycanı seçiblər. 

Lakin Azərbaycan polisi onların planlarını pozub.  

Məlum olub ki, bu oğrular çox təcrübəlidirlər. Elə qapı kilidi yoxdur ki, onlar aça bilməsinlər. Yalnız o kilidi aça bilmirlər ki, çöldən bağlanır, içəridən klidlə təmas yoxdur. Aça bilmədikləri tək kilid həbsxana qapılarıdır. Tutulanda polisə sual veriblər ki, “Bizi necə tutdunuz? Türmədə bizə demişdilər ki, Bakı oğurluq üçün təhlükəlidir, getməyin…”. 

Bakıda 3000 manata mənzil kirayələyiblər və bir neçə bahalı avtomobillə hərəkət ediblər. 

Bakıda ilk işləri isə Xətai rayonunda mənzildən 1300 manat və 30.000 manatlıq qızıl-zinət əşyası oğurlayıblar. Onlar həmin mənzili günlərlə evi izləyib, içəridə kimsə olmadığını dəqiqləşdirdikdən sonra mənzilə daxil olublar. Talandan sonra isə izləri itirmək üçün eyvanın qapısını sındıraraq guya oradan daxil olduqlarını göstərməyə çalışıblar.

***

10:49

Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək mənzilindən 1300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi  əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq “izi” itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar