Qəzaya düşən 28 yaşlı oğlan xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, bu gün saat 14 radələrində Göyçay şəhəri ərazisində “VAZ-2107” və motosiklet toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 28 yaşlı Kamil Abdullayev xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.