Məhkəmə qadının “yubka”sını  müsadirə etdi  - SƏBƏB
26 iyun 2025 18:27 (UTC +04:00)

Məhkəmə qadının “yubka”sını müsadirə etdi - SƏBƏB

Helsinki Apellyasiya Məhkəməsi 25 yaşlı qaraçı qadının “yubka”sının cinayətdə istifadə edilən silah olduğunu müəyyən edərək müsadirə edilməsinə qərar verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2023-cü ilin noyabrında qadın və onun şəriki Helsinkinin Vuosaari rayonunda supermarketdən malları məxmər yubka altında gizlədərək oğurlamağa cəhd ediblər. Oğurlanmış əşyalar arasında üç konfet qutusu, qab-qacaq və iki robot tozsoran olub. Malların ümumi dəyəri 800 avro civarında olub.

Qadınlar oğurladıqları malları mağazanın başqa bölməsinə qoyub getdiklərindən onların əməlləri oğurluğa cəhd kimi qiymətləndirilir.

Rayon məhkəməsi hər iki qadın “yubka”sının əşyaları gizlətmək üçün xüsusi olaraq hazırlandığını - onların arasında gizli boşluq yaratmaq üçün daxili və xarici təbəqələrin bir-birinə tikildiyini qeyd edərək, onların müsadirə edilməsinə qərar verib.

Qadınlardan biri apelyasiya şikayəti verərək, “yubka”nın ona qaytarılmasını tələb edərək, bunun qaraçıların milli geyiminin bir hissəsi olduğunu və böyük mədəni və şəxsi əhəmiyyət daşıdığını bildirib. Şikayətdə o da qeyd olunub ki, belə “yubka”nı itirmək qadının özü üçün deyil, ailəsi üçün də biabırçılıq sayılır.

Lakin apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Qərarda qadının dəfələrlə oğurluq etdiyi (2021-2024) və bir çox hallarda “yubka” ilə eyni sxemdən istifadə etdiyi bildirilir. Məhkəmə qeyd edib ki, “yubka”nın müsadirə edilməsi gələcəkdə oxşar cinayətlərin qarşısını almaq məqsədi daşıyıb, baxmayaraq ki, “yubka”nın özünün sırf oğurluq məqsədilə hazırlanmadığını etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1804

Oxşar yazılar

Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı

Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı

14 avqust 2025 , 14:48
Marketdən külli miqdarda lotereya bileti  oğurlandı

Marketdən külli miqdarda lotereya bileti oğurlandı

14 avqust 2025 , 13:29
Lənkəranda uşağı maşın vurdu

Lənkəranda uşağı maşın vurdu

14 avqust 2025 , 13:22
Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

14 avqust 2025 , 13:00
Bakıda narkotacir qardaşlar  tutuldu

Bakıda narkotacir qardaşlar tutuldu

14 avqust 2025 , 12:16
"Avtoş"luq edən  daha bir motosiklet sürücüsü həbs edildi

"Avtoş"luq edən daha bir motosiklet sürücüsü həbs edildi

14 avqust 2025 , 11:15
Zaqatalada ƏMƏLİYYAT:   narkotik satan gənc tutuldu

Zaqatalada ƏMƏLİYYAT: narkotik satan gənc tutuldu

14 avqust 2025 , 10:33
Qubada yanğın törədən TUTULDU

Qubada yanğın törədən TUTULDU

14 avqust 2025 , 09:44