Bakının qəsəbələrində narkotik satan ata və oğul   saxlanıldı
26 iyun 2025 17:32 (UTC +04:00)

Bakının qəsəbələrində narkotik satan ata və oğul saxlanıldı

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-az verilən xəbərə görə, onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.

D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar