Leninqrad vilayətinin Priozersk rayonunda iki nəfərin diri-diri basdırıldığı şeytani ayin keçirilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirilir ki, tədbirin təşkilatçılarını polis saxlayıb.
Hadisə yerinə gələn əməkdaşlar cır-cındıra bükülərək basdırılan insanları tapıblar. Polis aksiya təşkilatçılarından dəfn olunanları çıxartmağı tələb edib. Mərasim iştirakçılarının özlərini normal hiss etdikləri bildirilir.
Məlumata görə, "şeytan bayramı"na təxminən 15 nəfər gəlib. Hər bir tamaşaçı ayini yerinə yetirən "şaman"a 6 ilə 9 min arası rubl ödəyib.
Bu tədbiri təşkil edən kişi və qadın polis şöbəsinə aparılıb.
Rusiya Cinayət Məcəlləsinin 239-cu maddəsi - vətəndaşların şəxsiyyətini və hüquqlarını pozan qeyri-kommersiya təşkilatının yaradılması ilə cinayət işinin başlanması məsələsi həll edilir. Bu maddə ilə 7 ilədək həbs cəzası nəzərdə tutulur.