BAXCP-dən Rusiyaya çağırış
17 mart 2014 14:17 (UTC +04:00)

BAXCP-dən Rusiyaya çağırış

Martın 17-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi durum müzakirə olunub.

Daha sonra Krım Muxtar Respublikasında baş verən son vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda bildirilir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Krım Muxtar Respublikasının ərazisində Rusiya Federasiyasının hərbi iştirakı və dəstəyi ilə, bu torpaqların tarixi sahibləri olan Krım tatarlarının iradəsinə və Ukrayna Konstitusiyasına zidd olaraq keçirilən referendumu kəskin şəkildə pisləyir, Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır”.

BAXCP hesab edir ki, çoxmillətli Rusiya Federasiyası, Rusiyada və bölgədə yaşayan xalqların qarşısındakı tarixi məsuliyyətini dərk etməli,  dünyada etnik və aqressiv separatizmi stimullaşdırmaqdan əl çəkməli, belə davranışların əks effekt verə biləcəyi və daha acı nəticələrə yol açacağı ehtimalını göz önünə almalıdır".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar