Turizm Agentliyində qalmaqal davam edir:  Daha bir vəzifəli İŞDƏN ÇIXARILDI
06 mart 2025 18:56 (UTC +04:00)

Turizm Agentliyində qalmaqal davam edir: Daha bir vəzifəli İŞDƏN ÇIXARILDI

Dövlət Turizm Agentliyində yaşanan gərginliklə bağlı xəbər vermişdik.

Agentlikdə daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Lent.az "Modern.az"a istinadən xəbər verir ki, Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən uzaqlaşdırılıb.

Bildirilir ki, sözügedən şöbə müdiri də Agentlikdə baş verən son qalmaqal fonunda işini itirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verib.

Fuad Nağıyevə töhmət veriləndən sonra Agentliyin Aparat rəhbəri, əvvəllər "Transparency International"da çalışan Kənan Qasımov da vəzifədən uzaqlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar