Rusiyadakı hadisədən sonra  bu barədə   düşündüm - Qüdrət Həsənquliyev
29 mart 2024 13:36 (UTC +04:00)

Rusiyadakı hadisədən sonra bu barədə düşündüm - Qüdrət Həsənquliyev

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin xüsusi iclası çağırılmasını təklif edib.

Lent.az APA-ya istinadla  xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında bildirib ki, Rusiyada baş verən son hadisələrdən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi zərurəti yaranıb: “Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edirəm. Rusiyada baş verənlərdən sonra Azərbaycanda da bu sahədə görülən işlərlə bağlı məlumat verilsin. Parlament həm də çağırışçı orqandır. İclas qapalı da keçirilə bilər”.

Yeni təcili tibbi yardım maşınlarının alınmasını təqdir edən deputat təcili tibbi yardım vertolyotlarının da alınmasının vacibliyini qeyd edib: “Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar".

 

O, xəstəxanalarda vertolyot meydançalarının olmamasına da diqqət çəkib: "Bizim xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm. Bizdə belə hadisə baş verə, necə olar? Bakıda avtomobillərin sıxlığı çoxdur”.

 

# 2043
avatar

Oxşar yazılar