Rusiyada polisin qətlə yetirdiyi azərbaycanlı ilə bağlı daha bir  MƏLUMAT
31 may 2021 17:59 (UTC +04:00)

Rusiyada polisin qətlə yetirdiyi azərbaycanlı ilə bağlı daha bir MƏLUMAT

Azərbaycanın Rusiyadakı səfirliyi Novosibirsk şəhərində polis əməkdaşının silahla qətlə yetirdiyi azərbaycanlı gənc barədə məlumat yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən xəbərə görə, faciənin obyektiv və hərtərəfli araşdırılması üçün səfirlik tərəfindən Rusiyanın aidiyyəti qurumlarına müvafiq müraciət olunub.

“Bu il mayın 28-də Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!”, - məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3276
avatar

Oxşar yazılar