Rəsmi Kiyev: 2 tank, 50 hərbçi   məhv edilib
24 fevral 2022 12:16 (UTC +04:00)

Rəsmi Kiyev: 2 tank, 50 hərbçi məhv edilib

Ukraynanın Donetsk vilayətinin Şastiya qəsəbəsi ətrafında Rusiyanın 2 tankı və bir neçə yük avtomobili məhv edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Quru Qoşunları “Facebook” səhifəsində məlumat yayıb. 

Məlumata görə, həmçinin Rusiyanın 50-dək canlı qüvvəsi də öldürülüb. 

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko bildirib ki, hazırda rus tanklarının Şastiya qəsəbəsinə keçməməsi üçün yaxınındakı çayın üzərindəki körpü partladılıb. 

“Şastiya bizim əlimizdədir”, - deyə Anton Geraşenko qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5055
avatar

Sevinc Fərid

Oxşar yazılar