Aqil Abbas
29 oktyabr 2024 15:05 (UTC +04:00)

Aqil Abbas

“Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur” – Aqil Abbas

“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur. Adam var Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir".

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir: “Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də!

Camaat deyir ki, Füzulinin icra başçısı azad olunmuş ərazilərdəki torpaqları satır. Halbuki onu heç o torpağa buraxmırlar, nətər satır? Böyük tikinti quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376
avatar

Oxşar yazılar