Milli Məclis sədrinin I müavini postuna namizəd irəli sürülüb.
Lent.az-ın xəbərinə görə, Əli Əhmədovun namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasında irəli sürülüb.
Əli Əhmədov Milli Məclis sədrinin I müavini seçilib.
Bundan başqa, Ziyafət Əsgərov, Rafael Hüseynov və Musa Qasımlı da Milli Məclis sədrinin müavini postuna seçiliblər.
***
saat 10:40
Milli Məclis sədrinin birinci müavini postuna namizəd məlum olub.
Lent.az xəbər verir ki, parlamentin 1-ci vitse-spikeri vəzifəsinə Əli Əhmədovun namizədliyi irəli sürülüb.
Bundan başqa, Milli Məclisin müavinlərinin sayı artırılır.
Belə ki, artıq parlamentdə Naxçıvanı təmsil edən sədr müavini də olacaq. Bu posta isə Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb.
İndiyədək spikerin birinci müavini və iki müavini olub.
Qeyd edək ki, Milli Məclisin yeni çağırış ilk iclası bu gün keçiriləcək.
***
saat 10:10
Rafael Huseynov da Milli Məclis sədrinin müavini postuna namizəd olub.
Lent.az-ın xəbərinə görə, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Huseynovun namizədliyi dəstəklənib.
Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb.
VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
***
saat 09:24
Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.
Lent.az-ın xəbərinə görə, Musa Qasımlı parlamentdəki bitərəflərin namizədi olub./APA