Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Noyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti , gündüz 3-8° isti olacaq.

Noyabrın ilk günü hava belə olacaq-PROQNOZ
Oxşar yazılar

Əfv Komissiyasının iclası keçirildi
23 aprel 2025 , 17:41
Milli Şuranın mitinqinə icazə verilmədi
23 aprel 2025 , 17:09
Azərbaycan Prezidentinin Çində rəsmi qarşılanma mərasimi olub
23 aprel 2025 , 07:09
Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47
Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verdi
21 aprel 2025 , 20:43
Arkadi Qukasyanın ETİRAFLARI: "...yüzlərlə azərbaycanlı var idi"
21 aprel 2025 , 14:06
ABŞ-da görünməmiş HADİSƏ: üç keçmiş prezident Trampı sərt tənqid etdi
21 aprel 2025 , 10:50