Naxçıvanın baş nazirinin müavini işdən çıxarıldı
24 sentyabr 2024 11:30 (UTC +04:00)

Naxçıvanın baş nazirinin müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib.

Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar