Maya Sandu
17 mart 2022 11:42 (UTC +04:00)

Maya Sandu

Moldova prezidentindən Rusiyaya sərt BƏYANAT: "Dnestryanından çıxın"

“Rusiya Dnestryanı münaqişənin qızışdırılmasında mühüm rol oynayıb və nəhayət, qoşunlarını bölgədən çıxarmalıdır”.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.

Onun sözlərinə görə, Kişinyov hələ də münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və buna görə də təkid edib Rusiyadan bütün sülhməramlılarını Dnestryanıdan çıxarmağı xahiş edəcək.

"Biz sol sahildəki anbarlarda olan sursatların ləğvini də xahiş edirik", - Sandu əlavə edib.

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyası Rusiyanın Ukraynadakı fəaliyyətinə dair qətnaməyə tanınmamış “Dnestryanı Moldova Respublikası”nın ərazisini “Rusiya işğalı zonası” kimi tanıyan düzəlişlər qəbul edib.

Buna cavab olaraq, Tiraspol 1992-ci il silahlı münaqişəsindən sonra Dnestryanıda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqə şərtlərinə yenidən baxacağı ilə hədələyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Mehman Nəbiyev

Oxşar yazılar