Aleksandr Lukaşenko bildirib ki, bəzi postsovet ölkələri əvəzində heç nə təklif etmədən Rusiyadan faydalanmağa çalışırlar.
Lent.az xəbər verir ki, o, bu barədə “Rossiya” telekanalına müsahibəsində bildirib.
Bundan əlavə, o, Ermənistana qarşı daha bir qəbuledilməz və kobud ifadəyə yol verib.
“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, ehtiyatlarına diqqət yetirsinlər. Hansı Fransa, yaxud Makron? Sabah o, orada olmayacaq və hamı Ermənistanı unudacaq”, - Lukaşenko bildirib.
Belarus prezidentinin sözlərinə görə, onlar Rusiya ilə əslində “bir qayıqdadır”.
“Əgər o batsa, birlikdə boğularağıq. Müttəfiqlik əlaqələrimizi gizlətməyə ehtiyac yoxdur. Biz özümüzü heç nə vermədən yalnız Rusiyadan almaq istəyən bəzi başqa dövlətlər kimi aparmırıq”, - Lukaşenko bildirib.