Keçmiş vitse-prezident prezidentliyə namizəd olmaq istəyir
05 iyun 2023 22:55 (UTC +04:00)

Keçmiş vitse-prezident prezidentliyə namizəd olmaq istəyir

Donald Trampın administrasiyası dövründə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens iyunun 5-də 2024-cü il prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu arədə məlumat ABŞ Federal seçki komissiyasının saytına yerləşdirilib.

Pensin nümayəndəsi Devin O'Melli təsdiqləyib ki, keçmiş vitse-prezident həqiqətən də gələn il namizəd olmaq üçün sənədlər təqdim edib.

Pensin kampaniyasına iyunun 7-də Ayova ştatında videoçarx və çıxışla başlayacağı gözlənilir, burada Respublikaçılar partiyasının ilk praymerizi keçiriləcək.

Mühafizəkar baxışları ilə tanınan Pens prezident olduğu müddətdə Trampı dəstəkləyib. Lakin Trampın 2020-ci il seçkilərindəki məğlubiyyətindən sonra Pens keçmiş prezidentdən uzaqlaşaraq, Kapitoliyə hücum edənləri təşviq etməsinin onu və ailəsini riskə atdığını söyləyib.


 

# 1833
avatar

Oxşar yazılar