Kadırov Putinin səhhəti barədə DANIŞDI:  Görün nə DEDİ?
15 iyun 2022 16:27 (UTC +04:00)

Kadırov Putinin səhhəti barədə DANIŞDI: Görün nə DEDİ?

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin səhhətindəki problemlər barədə yayılan xəbərləri təkzib edib. 

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, o, audiomüraciəti öz “Telegram”ında yayıb.

Kadırov Putinin yalan məlumat yayan bədxahlarına sonradan biabırçı və narahat olmamaq üçün ağızlarını bağlamağı tövsiyə edib. Çeçenistan rəhbəri bu yaxınlarda Rusiya prezidenti ilə telefon danışığından danışıb, deyib ki, söhbət zamanı Putinin səsi “çox şən” və “əmredici” idi.

“O qədər gülməli cəfəngiyyatlar oxuyuram ki, prezidentimizin (guya səhhətində problem var), ...  əvəzləyici axtarırlar. Sizi əsəbləşdirmək istəyirəm, bu yaxınlarda prezidentlə danışdım, onun çox şən səsi, əmredici səsi var və o, Ukrayna xalqına və dövlətinə mümkün qədər zərər vurmadan xüsusi əməliyyatı başa çatdırmağa hazırdır”, - Kadırov bildirib.

# 5007
avatar

Oxşar yazılar