Hikmət Mirzəyev və daha 40 məmura SANKSİYA TƏLƏBİ
23 aprel 2024 10:21 (UTC +04:00)

Hikmət Mirzəyev və daha 40 məmura SANKSİYA TƏLƏBİ

 

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilirkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Lent.az-ın məlumatına görə, bu barədə "Musavat.com"a "Axar.az"a istinadən xəbər yayıb. 

Qeyd olunur ki, bu barədə QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.

O bildirib ki, layihənin qəbul edilib-edilməməsi ayrı mövzudur:

“Ancaq təqdim edilən siyahıda əsasən hərbçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına. İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik, general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?!

Siyahıda adı olan bir digər mühüm şəxs DTX rəhbəri general Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir!

Qısaca, ABŞ Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir”.

Qeyd edək ki, bu layihə erməni lobbisinin Azərbaycana qarşı 24 aprel öncəsi uğursuz cəhdidir və layihənin Konqresdə dəstəklənmə ehtimalı çox azdır.

Musavat.com-un qeydi: 1. Hakimlərin siyahıda olma səbəbi - erməni müharibə canilərinə və əsirlərə hökm oxumalarıdır.

2. Bu siyahının Azərbaycan-Rusiya münasibətlərinin daha da yaxşılaşması fonunda yayılması da çox manidardır.

Bu məlumatı və siyahını ilk dəfə "Turan" agentliyi yayıb.

"Turan" agentliyinin yaydığı variantda isə qeyd edilir ki, ABŞ Konqresi bir qrup azərbaycanlı dövlət məmuruna qarşı sanksiyalar haqqında qanun layihəsi hazırlayır.

Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə "Turan"ın Vaşinqtondakı müxbirinə Konqresdəki mənbələrdən məlum olub.

# 13770
avatar

Oxşar yazılar