DSX-dan Azərbaycan-Ermənistan sərhədində baş verənlərə MÜNASİBƏT
14 may 2021 16:32 (UTC +04:00)

DSX-dan Azərbaycan-Ermənistan sərhədində baş verənlərə MÜNASİBƏT

Dövlət Sərhəd Xidməti (DSX) son günlər Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib.

DSX-nın Mətbuat Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

"Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib.Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır", - deyə Mətbuat Mərkəzindən qeyd olunub.

Qeyd edək ki, Azərbaycan hərbçilərinin Laçın rayonunun Qara göl yaxınlığında Ermənistanla sərhəd ərazilərdə yerləşməsi qarşı tərəfin narahatlığına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3327
avatar

Oxşar yazılar